Günelin Meksika tətili


Şou-biznes 25 Okt 2021 16:12:00 87 0

Günelin Meksika tətili

Keçmiş teleaparıcı Günel Hümbətova tətilə yollanıb.

Son.az olay-a istinadən xəbər verir ki, uzun müddətdir Nyu-Yorkda yaşayan sənətçi istirahət üçün Meksikanın Tulum ərazisini seçib.

Günel Karib dənizinin sahillərində yerləşən tarixi tətil məkanından fotoları sosial media hesabında paylaşıb.

"Bura rəfiqəmlə gəlmişəm. Gələndə şərt kəsdik ki, bir-birimizi heç nəyə məcbur etməyəcəyik. O dünəndən dayvinqə gedib, şəhəri gəzib, mən isə hoteldə vaxt keçirirəm. Çünki bu ekzotika, okean, çimərlik, burada olan hər şey məni o qədər valeh edib ki... Ehtiyac duyduğum şey budur", - deyə, Günel bildirib.