Ali Baş Komandan: Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq
Siyasət 25 Okt 2021 15:39:00 101 0
Hər bir yaşayış məntəqəsinin azad edilməsi tarixi hadisədir. İlk gündən başlayaraq müharibənin son gününə qədər Azərbaycan Silahlı Qüvvələri ancaq irəli gedirdi. Birinci gündə 4 kəndin azad edilməsi Azərbaycan xalqına çox böyük sevinc bəxş etdi.
Son.az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
"Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq" - deyən dövlətimizin başçısı vurğulayıb ki, o vaxt heç kim deyə bilməzdi müharibə nə qədər davam edəcək, çünki bizim planlarımız işğalda olan bütün torpaqları azad etmək idi.
Mənbə: milli.az