Səfirimiz etimadnaməsini İran Prezidentinə təqdim edib


Siyasət 25 Okt 2021 15:54:00 91 0

Səfirimiz etimadnaməsini İran Prezidentinə təqdim edib

Oktyabrın 25-də Azərbaycan Respublikasının İran İslam Respublikasına təyin olunan fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə etimadnaməsini Prezident İbrahim Rəisiyə təqdim edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, təqdimatdan sonra keçirilən görüşdə Azərbaycan ilə İran arasındakı əlaqələrin inkişafı perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.