Qubanın ən yaşlı sakini


Digərləri 25 Okt 2021 15:06:00 135 0

Qubanın ən yaşlı sakini

Cəmi 2 ay sonra 100 yaşını qeyd edəcək Fatma Əhmədova Quba rayonunun ən yaşlı sakinidir. 1 əsrlik tarixin şahidi olan Fatma nənə 1922-ci ilin yanvar ayının 3-də Qubanın Növdün kəndində dünyaya gəlib.

Son.az RealTV-yə istinadən xəbər verir ki, yaşının çox olmasına baxmayaraq, özünü gümrah hiss edən Fatma Əhmədovanın sinəsi sözlə-söhbətlə doludur. Xeyli şeir bilir və əzbər söyləyir. Onu bildirək ki, Fatma nənənin həyat yoldaşı Mürsəl Əhmədov 2-ci dünya müharibəsində həlak olub. 9 övladını tək böyüdən ağbirçəyin sağlam olması və üzün ömür sürməsinə səbəb təbii məhsullarla qidalanmasıdır. Qeyd edək ki, rayonun ən yaşlı sakini 9 övlad, 38 nəvə və 54 nəticə sahibidir. Ömrünün 100-cü baharını yaşayan Fatma nənənin ən böyük hobbisi isə serial və film izləməkdir. Hər kəsə qismət olmayan uzun ömür yaşayan Fatma Əhmədovanın gənc nəslə isə tək arzusu var.