COVID pasportu olmayanlar rayonlara avtobus biletini necə ala bilərlər?


Digərləri 25 Okt 2021 13:42:00 145 0

COVID pasportu olmayanlar rayonlara avtobus biletini necə ala bilərlər?

COVID-19 pasportu olmayan şəxs Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) yaradılmış stasionar məntəqədə vaksin olunaraq bilet ala bilər.

Bunu Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

N.Allahyarova qeyd edib ki, hazırda Bakıda və regionlarda avtovağzallarda COVID-19 pasportu olmayan vətəndaşlara bilet satılmır:

"Ümumilikdə COVID-19 pasportu olmadan bilet almaq üçün müraciət edənlərin sayı çox azdır. Vətəndaşlar məsələ barəsində məlumatlıdırlar və ona görə də pasportu olmayıb bilet almağa gələnlərın sayı minimum səviyyədədir.

Pasportu olmayanlar BBAK-da TƏBİB-in təşkil etdiyi xüsusi stasionar məntəqədə vaksinasiya olunub bilet ala bilərlər. Vətəndaşlar üçün bu şərait də təmin olunub".