“Milyonluq saray”ın sahibi onunla duet oxudu


Şou-biznes 25 Okt 2021 13:12:00 144 0

“Milyonluq saray”ın sahibi onunla duet oxudu

Müğənni Turan Səfərli "Milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali ilə duet ifa edib. 

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, duet ortaqları dahi opera ifaçısı Müslüm Maqomayevin repertuarından "Синяя вечность" mahnısına müraciət edib. 

Sözügedən mahnıya yeni nəfəs verən ifaçılar ona klip də çəkdiriblər. 

Qeyd edək ki, 61 yaşlı B. Dali Azərbaycanda "Milyonluq saray"ın sahibi kimi tanınır. O, Rusiya vətəndaşıdır, illər öncə təqaüdə çıxaraq özünə bu villanı tikdirib. Vaxtı ilə hərbi mühəndis kimi çalışıb, bir çox xarici ölkələrdə olub. O, malikanəsində 19 ölkənin məşhur rəssamlarının əsərlərini toplayıb.