Əvvəlki koronaviruslar yenidən meydana çıxa bilər


Digərləri 25 Okt 2021 12:22:00 182 0

Əvvəlki koronaviruslar yenidən meydana çıxa bilər

"COVİD-in yayıldığı təsdiq olunan yeni variantı əslində yeni ştam deyil, "Delta" ştamının yeni bir növüdür. Yəni hər mutasiyanı biz yeni ştam adlandıra bilmərik və nəzərə alsaq ki, "Delta" ştamının özü də çox yoluxdurucu idi, ondan əmələ gələn yeni variantların da ən azı o qədər yoluxdurucu olmasını gözləyirdik".

Bunu Son.az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.

İnfeksionist bildirib ki, yoluxma sayının artmasından daha çox xəstəliyin ağır gedişli formalarının artmasına görə narahat olmalıyıq:

"Həmçinin bu yeni variantın yoluxdurucu olmasında əsas rol oynayan amil hazırda təhsil müəssisələrinin, pandemiya müddətində qapalı olan bütün məkanların, müəssəsisələrin yenidən fəaliyyətlərini bərpa etməsi, yenidən ictimai yerlərdən sıx istifadə olunmasıdır. İstənilən meydana çıxan yeni ştam olsun, hər hansısa bir ştamın yeni variantı olsun, daha sürətlə yayılmağa gətirib çıxaracaq və təbii ki, bu da kənardan baxdıqda elə görünəcək ki, meydana çıxan bu yeni variant özü daha yoluxdurucudur. Yəni bu variantın yoluxdurucu olub-olmamasına əmin olmaq üçün hələ zamana ehtiyac var. Hazırda bu növ virusun sürətlə yayılmasının səbəbi onun özünün yoluxdurucu olmasından çox insanların ictimai nəqliyyatdan, qapalı məkanlardan çox istifadə etməsidir.

Bizi yoluxma sayının artmasından daha çox xəstəliyin ağır gedişli formalarının artması narahat etməlidir. Əgər müşahidələr göstərsə ki, xəstəliyə yoluxanlarda ağır gedişli hallar çox müşahidə olunur, təbii ki, epidemioloji vəziyyət təhlükə altında ola bilər.