Bakının ictimai məkanlarında termal kameralar quraşdırıla bilər


Digərləri 25 Okt 2021 12:05:00 118 0

Bakının ictimai məkanlarında termal kameralar quraşdırıla bilər

Bakının bir sıra ictimai məkanlarında və dövlət qurumlarında pandemiya ilə əlaqədar olaraq termal kameraların tətbiqi tələb olaraq irəli sürülüb.

Bunu "APA-Economics"ə "B2B Group" şirkətinin baş kommersiya direktoru Samir Poladov deyib.

Onun sözlərinə görə, bir sıra ölkədə olduğu kimi, bu texnoloji yeniliyin Azərbaycanda da tətbiqi istisna edilmir: "Termal kameralar kütləvi şəkildə daxil olanların hərarətini ölçə bilir. Həmçinin daxil olan şəxsin üzündə maska taxılı olub-olmadığını da müəyyən edir və bundan asılı olaraq girişə icazə verib-verməmək kimi xüsusiyyətləri var. Hazırda bu sistem Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyində tətbiq olunub".