Bakı sakini qonşusu tərəfindən döyülərək bıçaqlanıb


Kriminal 25 Okt 2021 08:24:00 218 0

Bakı sakini qonşusu tərəfindən döyülərək bıçaqlanıb

Bakının Sabunçu rayonunda 59 yaşlı kişi bıçaq xəsarətləri alıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Bilgəh qəsəbəsində baş verib.

1962-ci il təvəllüdlü Əhmədov Asəf İslam oğlu qonşuluğunda yaşayan, hələlik adı açıqlanmayan şəxslə əlbəyaxa dava edib. Dava zamanı o döyülüb, daha sonra A.Əhmədova bıçaq xəsarəti yetirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.