Uşaqlarda koronavirusun əlamətləri


Digərləri 25 Okt 2021 06:32:00 158 0

Uşaqlarda koronavirusun əlamətləri

Tanınmış həkim-pediatr Yevgeni Komarovski azyaşlılarda koronavirusun əlamətlərinin və simptomlarının necə təsbit olunacağını açıqlayıb.

Komarovski uşaq orqanizminin virusla daha asan mübarizə apardığını vurğulayıb.

O bildirib ki, uşaqlarda koronavirusun başlıca əlamətləri ishal və qusmadır:

"Nəfəs alma tezliyinin pozulması, qarın ağrısı, "səbəbsiz" ishal və digər şübhəli məqamlarda mütləq həkimə müraciət edilməlidir. Koronavirusla mübarizə yolları kimi selikli qişanı qorumaq, bol su içmək, ehtiyac olmadığı təqdirdə evdən çölə çıxmamaq məsləhətdir".