Ən ziyanlı qidaların


Digərləri 25 Okt 2021 05:45:00 90 0

Ən ziyanlı qidaların

İnsanın qidalanması onun sağlamlığına böyük təsir edir. Bəzi qida məhsulları xəstəliklərin riskini artırır, digərləri isə əksinə azaldır.

Belə ki, meyvə-tərəvəz, göyərti, yarmalar, süd məhsulları, yumurta, paxlalılar, balıq sağlamlıq üçün ən faydalı qidalardır.

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, Amerika Kliniki Onkologiya Cəmiyyəti  (American Society of Clinical Oncology - ASCO) ən ziyanlı məhsulların "reytinqi"ni tərtib edib. Mütəxəssislər qeyd edirlər ki, onların sadaladığı məhsullar tək xərçəngin deyil, bir çox digər xəstəliklərin də (ürək-damar sistemi, maddələr mübadiləsi, qaraciyər, böyrək və s. xəstəlikləri) riskini artırır.

Beləliklə, sizə ən ziyanlı qidaların reytinqini təqdim edirik:

1. Hisə verilmiş kolbasa

Hisə verilmə zamanı tərkibində çoxlu sayda ziyanlı maddələr olan tüstü ifraz olunur. 50 qr hisə verilmiş kolbasanın tərkibində olan kanserogenlər 1 qutu siqaretdə olduğu qədərdir. Həmçinin hisə verilmiş kolbasa ürək-damar sisteminə, qaraciyərə çox mənfi təsir edir.

2. Sosis, kolbasa, vetçina

Bu məhsulların gündəlik istehlakı yoğun bağırsaq xərçənginin riskini 18% artırır.

3. Peçenye, vafli və s. şirniyyatlar

Onlar trans-yağlar (marqarin, palma yağı) və şəkərlə zəngindir. Trans-yağlar onkoloji və ürək-damar sistemi xəstəliklərinin riskini xeyli artırır.

Həmçinin bu məhsulların tərkibində olan bol şəkər damarlarda iltihab yaradaraq aterosklerozun inkişafına səbəb olur. Bildiyimiz kimi, ateroskleroz zamanı damarlarda artıq xolesterin (piyə oxşar maddə) yığılır. Lakin xolesterin sağlam damarlarda deyil, iltihablaşmış, xəstə damarlarda toplanır. Məhz şəkər damarların daxili divarlarında iltihab yaradaraq aterosklerozun inkişafına şərait yaradır.

4. Şirin qazlı içkilər

Burada da əsas risk şəkərin çoxlu olmasıdır. Həmçinin belə içkilər fosfatlarla da zəngindir. Fosfat turşusu sümük toxumasını dağıdır və böyrəklərə mənfi təsir edir. Şirin qazlı içkilərdən sui-istifadə hipertoniya, piylənmə, osteoporoz kimi xəstəliklərin riskini artırır.

5. Spirtli içkilər

Bu içkilərin tərkibində olan etanol ən güclü kanserogendir. Həmçinin etanol ürək, qaraciyər, böyrəklər və bir çox orqan və sistemlərə ciddi ziyan vurur.

6. Müxtəlif souslar (ketçup, mayonez, pendirli souslar və s.)

Tərkibində çoxlu yağ, duz və şəkər var.

7. Çipsi

Yağ, duz və müxtəlif kimyəvi qatqılarla "zəngindir". Həmçinin çipsi qızardılır.

8. Popkorn

Popkornun hazırlanması zamanı dəfələrlə eyni yağdan istifadə olunur. Bu zaman yağda kanserogen maddələrinin miqdarı kəskin artır.

Depressiya və narahatlığın qarşısını alan like
  • 25 Okt 05:31  
Digərləri Depressiya və narahatlığın qarşısını alan

Amerikalı psixiatr Uma Naydu yaddaşın yaxşılaşmasına kömək edən, depre

arrow Ətraflı
Məşhur azərbaycanlı aparıcı həyat yoldaşı ilə  FOTO like
  • 25 Okt 05:05  
Şou-biznes Məşhur azərbaycanlı aparıcı həyat yoldaşı ilə FOTO

Tanınmış aparıcı Murad Əzimzadədən xəbər var.

arrow Ətraflı
Qastritin xərçəngə çevrildiyini göstərən əlamət like
  • 25 Okt 04:31  
Digərləri Qastritin xərçəngə çevrildiyini göstərən əlamət

Mədəsində qastrit olmayan insan az tapılar. Çox zaman qastrit getdikcə də

arrow Ətraflı
Ən çox hansı ölkənin qadınları ərlərinə xəyanət edir?  ARAŞDIRMA like
  • 25 Okt 04:04  
Digərləri Ən çox hansı ölkənin qadınları ərlərinə xəyanət edir? ARAŞDIRMA

Avropada aparılan bir araşdırma cütlər arasındakı sədaqət mövzusuna h

arrow Ətraflı
Hansı yağ daha faydalıdır  kərə yoxsa bitki? like
  • 25 Okt 03:32  
Digərləri Hansı yağ daha faydalıdır kərə yoxsa bitki?

Uzun illər ərzində belə hesab olunurdu ki, bitki yağları (qarğıdalı, g

arrow Ətraflı
Qoz xərçəngin bu növündən qoruyur like
  • 25 Okt 02:31  
Digərləri Qoz xərçəngin bu növündən qoruyur

Düz bağırsaq xərçəngi bütün dünyada ən yayılmış xərçəng növlər

arrow Ətraflı
Bu sular ciddi təhlükədir  Həkimdən like
  • 25 Okt 01:30  
Digərləri Bu sular ciddi təhlükədir Həkimdən

Şirin qazlı sular insan sağlamlığı üçün ciddi təhlükə yaradır.

arrow Ətraflı
İntim münasibət zamanı bədbəxt hadisə like
  • 25 Okt 01:01  
Dünya İntim münasibət zamanı bədbəxt hadisə

İndiana ştatında qeyri-adi cinayət hadisəsi yaşanıb.

arrow Ətraflı
Lalə Məmmədova qızları ilə  FOTO like
  • 25 Okt 00:31  
Şou-biznes Lalə Məmmədova qızları ilə FOTO

Əməkdar artist Lalə Məmmədova qızları Nərgiz və Çinarə ilə yeni foto

arrow Ətraflı
Neftçala icra başçısının avtomobillə adam vurması ilə bağlı məlumat yanlışdır like
  • 25 Okt 00:03  
Digərləri Neftçala icra başçısının avtomobillə adam vurması ilə bağlı məlumat yanlışdır

Bəzi onlayn kütləvi informasiya vasitələrində guya Neftçala rayon İcra H

arrow Ətraflı
44 günlük Vətən müharibəsinin xronikası: 25 oktyabr like
  • 25 Okt 00:02  
Siyasət 44 günlük Vətən müharibəsinin xronikası: 25 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu g

arrow Ətraflı
Günün qoroskopu: Səhhətinizə fikir verin, iştahınızı nəzarətdə saxlayın like
  • 25 Okt 00:01  
Digərləri Günün qoroskopu: Səhhətinizə fikir verin, iştahınızı nəzarətdə saxlayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Yaradılşın hədəfi nədir? like
  • 24 Okt 23:55  
Digərləri Yaradılşın hədəfi nədir?

Allah Təala yaradılışın hədəfi haqqında buyurmuşdur: "Cin və insa

arrow Ətraflı