Günün qoroskopu: Səhhətinizə fikir verin, iştahınızı nəzarətdə saxlayın


Digərləri 25 Okt 2021 00:01:00 127 0

Günün qoroskopu: Səhhətinizə fikir verin, iştahınızı nəzarətdə saxlayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - Gün başgicəlləndirici uğurlar vəd etməsə də, yetərincə əlverişli və rəvandır. Sizə əziz insanlarla ünsiyyət xoş təəssüratlar yaradacaq. İndiyədək sizi çətinliklə anlayan insanlarla ümumi dil tapa biləcəksiniz.

Qəfil etiraflar və gözlənilməz açıqlamalar eşidə bilərsiniz.

Xırdalıqlara sevinin, ən kiçik səbəbdən yararlanaraq nikbin olmağa çalışın. Bəxtəvərliyin nə olduğunu anlayacaqsınız.

Alış-veriş üçün əlverişli zamandır.

Yaxınlarınıza xoş sürprizlər edin.

Buğa - Bu günü məhsuldar adlandırmaq çətindir. Süst və bədgüman olmayın, işlərə aktiv başlayıb onları başa vurmağa çalışın. Nəticələr ürəkaçan olmasa da, bədbinliyə qapılmayın. Tənbəlliyi üstələyərək çoxdan bəri yarımçıq qalan işləri bitirin, problemləri həll edin.

Yeni çətinliklərlə üzləşəndə geri çəkilməyin.

Ailə üzvlərindən biri ilə mübahisələr istisna deyil. Davranış və qərarlarınızdan hamı razı deyil. Lakin münaqişələrə yol verməmək və harmonik münasibətləri qorumaq üçün səy göstərin.

Əkizlər - Çoxdan bəri planlaşdırdığınız işi yetərli səviyyədə sonuclandırmaq üçün əlverişli gündür. Planlarınız və ideyalarınız barədə etibar etdiyiniz insanı qismən də olsa, məlumatlandıra bilərsiniz.

Rəğbət bəslədiyiniz insanın qəlbinə yol tapa bilərsiniz.

Qəfil hədiyyə sizi sevindirəcək.

Günün ikinci yarısında intizam, soyuqqanlı davranış və təmkin tələb olunur. Əks təqdirdə diqqətinizi tələb edən işlərin öhdəsindən gələ bilməyəcəksiniz.

Peşəkar fəaliyyətiniz, işinizin inkişafı və biznesinizin stabilləşməsi ilə bağlı yeni ideyalar yaranacaq.

Xərçəng - Mühüm məsələlərin həlli üçün uğurlu gündür. Uzunmüddətli planlar qurmaq, onların həyata keçirilməsinə başlamaq olar. Məhsuldar və effektiv çalışın. Liderlik məziyyətlərinizi nümayiş etdirərək başqalarını da işdə aktiv çalışmağa sövq edin.

Günün ikinci yarısında maliyyə çətinlikləri yaranacaq. Lakin narahat olmayın: problemlər müvəqqətidir. Situasiya az sonra stabilləşəcək.

Axşam saatları normal istirahət edin.

Şir - Çətin gündür. Qarışıq, mürəkkəb situasiyadır, birmənalı olmayan qərarlar verilir. Bütün bunlara rəğmən, problemlərin həllini inandığınız insanlar və qohumlarla, habelə dostlarla bölüşərək irəliləyə bilərsiniz. Sadə həllər əksər hallarda ən uğurlu çözüm variantıdır. İzafi baş sındırmağa ehtiyac yoxdur.

Şəxsi münasibətlərdə başqasının fikrini və ya mövqeyini qulaqardına vuraraq yalnız öz bildiyinizi etməyin.

Yaxınlarınızın bəzi məsləhətlərinə qulaq asın. Belədə bəzi səhvlər və anlaşılmazlıqlardan qurtula bilərsiniz.

Qız - Yaxşı tanımadığınız insanlarla ünsiyyət üçün yaxşı gün deyil. Əvvəllər münasibətləriniz rəvan olmadığı insanlarla təmaslar qurmağa dəyməz. Ailədəki münaqişə və mübahisələrin qarşısını alın. Güzəştə gedin, həssas və qayğıkeş olun.

Yaxın ətrafınızdakı insanların problemlərindən hali olmağa çalışın.

Bu gün başlanan əlaqələr və tanışlıqlar az sonra yaşamınızda önəmli rol oynaya bilər. Yaşam potensialının səviyyəsi bir qədər aşağıdır.

Axşam saatlarında sakit istirahətə üstünlük verin.

Tərəzi - Şəxsi həyatınızda ciddi dəyişikliklər və yeniliklər ərəfəsindəsiniz. Taleyinizdə önəmli mərhələ rolunu oynaya biləcək görüş baş tuta bilər.

Orqanizminiz indi infeksiyalar və xəstəliklər qarşısında xüsusilə həssasdır. Onun "möhkəmlik sınağı"na çəkməyin.

Zərərli vərdişlərdən əl çəkin, sağlam həyat tərzini seçin.