İsrailin müdafiə naziri adı açıqlanmayan ölkəyə


Dünya 24 Okt 2021 22:06:00 93 0

İsrailin müdafiə naziri adı açıqlanmayan ölkəyə

İsrailin müdafiə naziri Beni Gantz bazar günü adı açıqlanmayan bir ölkəyə 4 günlük rəsmi səfərə gedib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, qarşıdakı səfərdə təhlükəsizlik məsələləri müzakirə olunacaq: "Nazirin səfər edəcəyi ölkənin adı yalnız qayıtdıqdan sonra açıqlanacaq".

Beni Gantzın oktyabrın 28-də günortadan sonra səfərdən qayıdacağı bildirilir.