Cini öldürmək həqiqətdirmi?


Digərləri 24 Okt 2021 20:10:00 113 0

Cini öldürmək həqiqətdirmi?

Cin sözü Quranda 22 dəfə işlənmişdir. Başqa səma kitablarında da "iblis", "cin", "şeytan" sözlərinə rast gəlmək olur.

"Cin" sözünün mənası "Hiss orqanlarından gizlənən şey"dir. Cin də Allahın xəlq etdiyi məxluqlardan biridir və Allah onu atəşdən xəlq etmişdir. Atəş dedikdə, bizim bildiyimiz adi atəş nəzərdə tutulmur. (Tebyan)

Quranda oxuyuruq: "Və Cannı (şeytanların atası olan birinci İblisi) ondan qabaq tüstüsüz, çox isti və sirayət edən oddan yaratdıq". ("Hicr" 27).

Cinlər insan kimi deyildir və onlar gözdən gizli məxluqlardırlar və bir şəkildən başqasına düşə bilirlər. Ağıl və dərkə malikdirlər. Güc tələb edən işləri görməyə qadirdirlər.

Allah Təala insanları cinlərdən üstün yaratmışdır. Cinlər də insanlar kimi mükəlləfdirlər və onların da içində möminlər və kafirlər vardır. Bu varlıqların bəzisi insanlarla rabitə qura bilir. Bəzi sirləri onlara çatdırırlar.

Cinlərin arasında böyük qüdrətə malik olan cinlər vardır. "Cinlərin çox zehinli və nəhəng olanı (ifrit) dedi: "Mən onu sən məclisdən qalxmamış sənin yanına gətirərəm və əlbəttə, mən bu iş üçün qüvvətli və etibarlıyam!"". ("Nəml" 39).