Bakıda ikimərtəbəli evdə yanğın olub


Digərləri 24 Okt 2021 20:14:00 97 0

Bakıda ikimərtəbəli evdə yanğın olub

Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 90 m² olan ikimərtəbəli evin mətbəxində qaz sobası və dolab 2 m² sahədə yanıb.

Son.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.