Ərinin intiharı gizlədildi, qızının faciəli ölümündən sarsıldı, evinə qapanıb ahnalə çəkdi...


Kriminal 23 Okt 2021 14:37:00 169 0

Ərinin intiharı gizlədildi, qızının faciəli ölümündən sarsıldı, evinə qapanıb ahnalə çəkdi...

Son.az Kulis.az-a istinadən böyük sənətkar, Xalq artisti Şövkət Ələkbərova 10 maraqlı faktı təqdim edir.

1. Atası onun musiqiçi olmasını çox istəyib. Şövkət xanımın ilk musiqi təhsili kamança aləti üzrə olub. 1937-ci ildə musiqi yarışmasında "Qarabağ şikəstə"sini ifa edir. Münsiflər heyətində əyləşən Üzeyir Hacıbəyov, Səid Rüstəmov və Bülbül onun səsinə valeh olur. Şövkət Ələkbərova dövlət xoruna qəbul olunur. Həmin gündən onun musiqi karyerası başlanır.

Şövkət Ələkbərova yeniyetməlik illərində

2. Şövkət Ələkbərova gəlinini muğam ixtisasından dərs dediyi Asəf Zeynallı adına musiqi texnikumunda görüb bəyənib. Gələcək gəlinini oğluna göstərəndə deyib: "O qız mənim cavanlığıma oxşayır."

3. Xanəndə iki dəfə ailə qurub. Birinci evlilikdən Natella adlı qızı doğulub. Qızının atası hərbi həkim olub. O, cəbhəyə gedib və geri qayıtmayıb. Amma Şövkət xanım müharibədən əvvəl ondan boşanıb, qızı ilə birgə yaşayıb. Deyilənə görə, bu boşanmaya səbəb ərinin onu hədsiz qısqanması olub. Onun ikinci evliliyi məşhur rejissor Lətif Səfərovla olub. Bu evlilikdən isə Bəşir adlı övladları doğulub. Lətif bəy hələ uşaqlıq illərindən vərəm xəstəliyindən əziyyət çəkir. Hətta Şövkət xanım sonralar öz tələbələrinə danışırmış ki, o, oğlunu qorxa-qorxa, bağrına basır, hətta onu öpməkdən belə çəkinirmiş. Xəstəliyinin oğluna həyat yoldaşına keçəcəyindən ehtiyat edərək oğlunu tamamilə evindən uzaqlaşdıraraq Bərdəyə oxumağa göndərib. Şövkət xanıma isə deyirmiş ki, mən yediyim qablarda sən yemək yemə...

Xalq artisti Şövkət Ələkbərova

4. 1963-cü il, soyuq dekabr ayının 9-da ailə silah səsinə yuxudan oyanır. Lətif Səfərov 43 yaşında intihar edir! İntihardan əvvəl isə məktub yazır, qeyd edir ki, onun ölümündə heç kimi günahkar tutmasınlar, o, həyatdan bezib. Hadisə baş verəndə onun oğlunun 5 yaşı olur.

5. Lətif Səfərov intiharını bir neçə gün öncədən planlaşdırır, həmin gün sübhdən Şövkət xanıma deyir ki, anana deyə bilərsənmi, gəlib qalsın bizdə. Gecəyarısı ova gedəcəyik dostlarla. Səni oyatmaq istəmirəm. Ayılıb qorxarsan birdən. Şövkət xanım sonralar yaşadığı bu dəhşətli gün haqqında deyir: "Qəfil atəş səsi gəldi. Qaçdım qonaq otağına, amma gec idi..."

Xalq artisti İran səfərində

6. Bu hadisənin heç bir mənbədə göstərilməyən, amma sənət adamları arasında geniş yayılan bir variantı da var. İntihar etmək fikrinə düşən rejissor Lətif Səfərov, xanımı Şövkət Ələkbərovanı o qədər sevir ki, onun əli ilə ölmək istəyir. Buna görə də ov tüfənginin tətiyini iplə qapının dəstəyinə bağlayır. Şövkət xanım qapını açmaq istəyəndə tətik çəkilir və Lətif Səfərov həyatını itirir. Onun ölümünə o vaxtlar müxtəlif don geyindirirlər. Amma bu intihar sırf siyasi məsələ olur. Sovet dövründə sovet vətəndaşı özünə qəsd edə bilməzdi. Ona görə də, ovaxtkı rəhbər dairələrə "rejissor özünü qısqanclıq üstündə öldürüb" mövzusu sərf edirdi. Lətif Səfərovun Şövkət Ələkbərovanı qısqandığı üçün özünü öldürməsi söhbəti buradan qaynaqlanırdı. "KQB"-dən isə Şövkət xanıma tapşırırlar ki, bu barədə heç nə danışmasın. Şövkət xanım axırıncı nəfəsinə qədər övladlarına görə bu mövzu barəsində danışmaqdan çəkinir.