Şəmkirdə ata və yeniyetmə oğlu bıçaqlanıb


Kriminal 22 Okt 2021 23:15:00 189 0

Şəmkirdə ata və yeniyetmə oğlu bıçaqlanıb

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə "Komsomol" parkının qarşısında qeydə alınıb.

Belə ki, rayon sakini Rəhimov Ədalət və onun 14 yaşlı oğlu Rəhimov Murad bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralılara dərhal lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.