İnsan öldükdən 3 gün sonra görün nə olurmuş VİDEO


Digərləri 10 Okt 2021 23:55:00 412 1

İnsan öldükdən 3 gün sonra görün nə olurmuş  VİDEO

Ölümdən 3 gün sonra hüceyrələr insanı yox etməyə başlayır 

İlk insan yaranandan bu günə qədər neçə milyon insan dünyasını dəyişib?

Təbii ki, hər nə olursa olsun, sonumuzun ölüm olduğunu bilirik. Bəs sonumuzun ölüm olduğunu biliriksə, ölüm haqqında nələr bilirik?

Son.az oxu24.com-a istinadən xəbər verir ki, İnsan ölümdən qorxduğu qədər onun haqqında məlumatsızlıqdan əziyyət çəkir. Ölümün bir neçə növləri vardır: bioloji ölüm, tam ölüm.

"Ölümün sirləri"nə nəzər yetirək:

İnsanlıq tarixinin başlanğıcından etibarən orta hesabla 100 milyard insanın öldüyü təxmin edilir. Hansı şəraitdə ölməsindən asılı olmayaraq hər bir canlının ölümünə səbəb oksigen çatışmazlığıdır.

İnsan beyni öldükdən sonra 20 saniyəyə qədər şüurunu itirmir. Bir hamam böcəyi isə başı olmadan 9 gün yaşaya bilir.

Ölülərin dəfn edilmədən əvvəl yandırılması deyilənlərə zidd olaraq ətraf üçün faydalı deyil. Əgər insan bədəni yandırılarsa, ətrafa ən zərərli qazlar ixrac olar.

Ölülərin yandırılması prosesinin yayılması gələcəkdə ciddi ekoloji problemlərə, fəsadlara gətirib çıxara bilər. Elə haq ədalət dini olan İSLAM dinindədə şükürlər olsunki, belə bir adət yoxdur.

İdmanla məşğul olan 200 min nəfərdən biri hər il qəflətən həyatını itirir. Bəs buna səbəb nədir? Bu cür ölüm hadisələrinin əksəriyyəti futbol və basketbol oynayarkən baş verir. Əgər müqayisə etmiş olsaq, görərik ki, kişi idmançılarda qadın idmançılara nisbətən bu kimi hal 5 dəfə daha çoxdur.