Günün qoroskopu: Dəyərli məlumatlar, önəmli informasiya alacaqsınız


Digərləri 11 Okt 2021 00:01:00 320 0

Günün qoroskopu: Dəyərli məlumatlar, önəmli informasiya alacaqsınız

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - çətinliklərdən xali olmayan zamandır. Mənfi təmayüllərin təsiri artacaq. Kiçik anlaşılmazlıqlar, təsadüfi mübahisə münaqişəyə səbəb ola bilər. İxtilaf yaranarsa, onun fəsadları ağır olacaq, yaşamınıza pis təsir edəcək.

Nikbin olun, səmimi davranın. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə qayğıkeş olun.

Çətinliyə düşmüş insana yardım edin.

Günün ikinci yarısında sizi sərt tənqid edən insanla aqressiv davranmayın.

Axşam saatlarına yaxın müsbət təmayüllərin təsiri artacaq. Səyləriniz mükafatlandırılacaq. Ən sadə məsələlərin həlli xüsusi səylər tələb edəcək.

Buğa - günün ilk yarısı əlverişlidir. Başladığınız işləri yarımçıq qoymayın. Maraqlı saydığınız yeni işlərə başlaya bilərsiniz. Müttəfiqlər və yardımçıların sayı az deyil. Onlar ideyalarınızı dəstəkləyəcəklər. Bəzi fikirləri reallaşdırmaq olar.

Günün ikinci yarısında kiçik gəlirlər, xoş hədiyyələr istisna deyil. Yaxşı heç nə gözləmədiyiniz insan sürpriz edəcək.

Axşam saatlarında normal istirahət edin.

Əkizlər - rutin işlərin görülməsini cansıxıcı prosesə çevirməyin. Cari məsələlərin həllini uzatmayın. Qərarlarınız və addımlarınız həddən ziyadə ekstravaqant olmasın. Xarici görüşünüzə fikir verin. Yaxın ətrafınızdakı insanlar sizə dəstək verəcəklər.

Günün ikinci yarısında yaradıcılıq imkanlarınızı nümayiş etdirin. Olaylara münasibətiniz trivial olmasın.

Axşam saatlarına yaxın izafi diqqət sizi yoracaq. Özünüzə qapılmayın. Soyuq və laqeyd davranışınız yaxınlarınızdan birinin xətrinə dəyə bilər.

Ailə üzvlərinin əvvəlcədən hazırladıqları planları dəyişməyə can atmayın. Ev işlərindən uzaq durmayın.

Xərçəng - eksperimentlər üçün pis zaman deyil. Yarımçıq qoyduğunuz işi məntiqli şəkildə tamamlayın. Yaşanan hadisələrin məğzini anlamağa, proseslərin məzmununu dərk etməyə səy göstərin. Başladığınız işləri unutmayın

Rəğbət bəsləmədiyiniz insanlardan uzaq durun. Sizi sürəkli tənqid edən şəxslərlə münaqişəyə başlamayın.

Günün ikinci yarısında tənqidlərə sərt reaksiya verməyin.

Axşam saatlarında səhhətinizdə problemlər yaranacaq. Lakin onlar düşündüyünüz qədər ağır deyil. Əhvalınızı korlamayın. Qıcıqlı olmayın, emosiyalarınıza nəzarət edin.

Şir - məşəqqətli gündür. Problemlər az deyil. Çətinliklərin öhdəsindən uğurla gələ bilərsiniz. Amma sədlərin dəf edilməsi xeyli vaxt və qüvvə tələb edəcək. Nəfəs dərməyə, istirahət etməyə vaxt qalmayacaq. Yaxın ətrafınızdakı insanlar sizə çoxsaylı məsləhətlər verirlər.

İşlərinizə müdaxilələrə imkan verməyin.

Günün ikinci yarısında yeni işə və ya layihəyə başlamaq məsləhət deyil. Layihəyə start versəniz, yola çıxmaq, fiziki işlər görmək gərəkdir. Axşam saatlarını evdə keçirmək daha yaxşı variant ola bilərdi. Ən yaxın adamlarınızın yanında olun. Yaşam enerjinizi boş məqamlar sərf etməyin.

Qız - bütün səylərinizə rəğmən problemlərdən qurtula bilməyəcəksiniz. Durum yetərincə mürəkkəbdir. Maneəni qeyri-standart yolla dəf edin. Trivial olmayan qərarlar qəbul edin. Zərurət yaranarsa, kömək istəməkdən çəkinməyin.

İndiyədək dostyana inkişaf edən münasibətlərdən biri romantikləşə bilər. Emosiyalara qapılmayın.

Axşam saatlarına yaxın xroniki ağrıların kəskinləşməsi istisna deyil. Qidanıza, yeməyinizə fikir verin.

Gəzintiyə çıxın. İdman edə bilərsiniz.

İnsan öldükdən 3 gün sonra görün nə olurmuş  VİDEO like
  • 10 Okt 23:55  
Digərləri İnsan öldükdən 3 gün sonra görün nə olurmuş VİDEO

Ölümdən 3 gün sonra hüceyrələr insanı yox etməyə başlayır 

arrow Ətraflı
Mir Şahinin vaxtı  VİDEO like
  • 10 Okt 23:50  
Siyasət Mir Şahinin vaxtı VİDEO

Mirşahin Ağayevin rəhbərliyi ilə fəaliyyət göstərən "Real TV"

arrow Ətraflı
Saakaşvilinin vəziyyəti pisləşib like
  • 10 Okt 23:45  
Dünya Saakaşvilinin vəziyyəti pisləşib

Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin vəziyyəti pisləşib.

arrow Ətraflı
Antibiotik vurulan şəxs qəfildən ölüb like
  • 10 Okt 23:34  
Digərləri Antibiotik vurulan şəxs qəfildən ölüb

Naxçıvan MR sakini Naftalan şəhərində qəfildən dünyasını dəyişib.

arrow Ətraflı
"Yastıpəncəliyin artması..." like
  • 10 Okt 23:25  
Digərləri "Yastıpəncəliyin artması..."

Yastıpəncəlik uşaqlar arasında geniş yayılan xəstəliklərdən biridir.

arrow Ətraflı
Gürcüstanda COVID19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb like
  • 10 Okt 22:10  
Dünya Gürcüstanda COVID19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Gürcüstanda 871 014 nəfər koronavirus əleyhinə tam peyvənd kursundan keç

arrow Ətraflı
Otellərdən nəyi "oğurlamaq" olar, nəyi yox?  SİYAHI like
  • 10 Okt 22:04  
Digərləri Otellərdən nəyi "oğurlamaq" olar, nəyi yox? SİYAHI

Turistlər qaldıqları otel nömrəsindən nəyi götürə bilərlər, nəyi yo

arrow Ətraflı
Uşaqları tənəffüs yollarının yad cisimlərdən qorumaq üçün... like
  • 10 Okt 21:50  
Digərləri Uşaqları tənəffüs yollarının yad cisimlərdən qorumaq üçün...

Tənəffüs yollarında yad cisimlərinə uşaqlarda və böyüklərdə rast gə

arrow Ətraflı
Təyyarənin göyərtəsində nəyi etmək olmaz? like
  • 10 Okt 21:45  
Digərləri Təyyarənin göyərtəsində nəyi etmək olmaz?

Səyahətlər çox zaman macərasız ötüşmür. Ya oteldə, ya turda, ya da el

arrow Ətraflı