Uşaqları tənəffüs yollarının yad cisimlərdən qorumaq üçün...


Digərləri 10 Okt 2021 21:50:00 202 0

Uşaqları tənəffüs yollarının yad cisimlərdən qorumaq üçün...

Tənəffüs yollarında yad cisimlərinə uşaqlarda və böyüklərdə rast gəlmək mümkündür. Yad cisimlər bərk və yumşaq olur. Ən təhlükəli yad cisim qalvanik batareyalardır. Həmin cismin tərkibi qələvi olduğuna görə toxuma ilə təmas edərkən turşuya nisbətdə daha dərin hüceyrə ölümünə (nekroz) səbəb olur. Turşular koaqulyasion nekroz, qələvilər isə kollikvasion nekroz əmələ gətirir. Tənəffüs yollarının yad cisimləri burun, burun-udlaq, valekula, armudabənzər ciblər, qırtlaq, traxeya (nəfəs borusu), bronxlar və ağciyərlərdə qala bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu həkim-otorinolarinqoloq Sevinc Cəfərova uşaqlardın tənəffüs yollarında qalan yad cisimlər barədə danışarkən deyib.

Həkim-mütəxəssis qeyd edib ki, valideynlər uşağın bir sıra şikayətlərinə əsasən, burun boşluğunda və ya qırtlaqda yad cismin qaldığını müəyyən edə bilərlər: "Əgər burunun bir dəliyindən gələn ifrazat qoxulu və qanlıdırsa, valideynlər uşağın burnunda yad cisim qaldığından şübhələnə bilərlər. Yad cisim qırtlaq və daha aşağılara düşdükdə isə uşaq öskürməyə başlayır. Belə olan halda, öskürək qoruyucu mexanizm rolunu oynayır, orqanizm yüksək təzyiqli hava axını sayəsində yad cismi xaric etməyə çalışır. Həmin əlamətlər müşahidə edildikdə mütləq həkimə müraciət etmək lazımdır. Təəssüf ki, valideynlər belə olan halda, ilkin olaraq "çöpçü"yə üz tuturlar. Həkimə müraciət edərkən alətlərin sterilliyindən narahatlıq hissi keçirən valideynlər "çöpçü"yə getdikdə gigiyenik qaydaları heç fikirləşmirlər. Valideynlər sonradan baş verə biləcək fəsadları nəzərə alaraq, vaxtında həkimə müraciət edilməlidir".

S.Cəfərovanın dediyinə görə, valideynlər uşaqların tənəffüs yollarına müxtəlif yad cisimlərin düşməməsi üçün diqqətli olmalıdırlar: "Uşaqlara çeynəmə vərdişini öyrətmək vacib şərtlərdəndir. Nəzərə almaq lazımdır ki, uşaqlara daim çox əzilmiş qidaların verilməsi nəticəsində, onların çeynəmə əzələlərinin funksiyası zəifləyir. Həmçinin yemək zamanı danışmaq və ya gülmək qida hissəciyinin aspirasiyasına səbəb olur. Aktiv fiziki hərəkət zamanı ağız boşluğunda heç nə olmamalıdır. Uşaqlar saqqız çeynəyərək aktiv hərəkət edə, qaça bilməzlər. Eyni zamanda, yad cisimlərlə ehtiyatlı davranmaq üçün uşaqların oyuncaqlarına diqqət yetirmək lazımdır. Oyuncaq seçərkən onun kiçik detallardan ibarət olmamasına, yaş qruplarına uyğun istifadəyə yararlı olmasına fikir vermək lazımdır".

Təyyarənin göyərtəsində nəyi etmək olmaz? like
  • 10 Okt 21:45  
Digərləri Təyyarənin göyərtəsində nəyi etmək olmaz?

Səyahətlər çox zaman macərasız ötüşmür. Ya oteldə, ya turda, ya da el

arrow Ətraflı
Pandemiyadan əvvəl ABŞ və Çində koronaviruslar hazırlanıb like
  • 08 Okt 09:30  
Digərləri Pandemiyadan əvvəl ABŞ və Çində koronaviruslar hazırlanıb

ABŞ və Çindən olan alimlər COVID-19 pandemiyasından əvvəl də yeni koron

arrow Ətraflı
Xırdalanda ər 22 yaşlı arvadını qətlə yetirdi like
  • 08 Okt 09:25  
Digərləri Xırdalanda ər 22 yaşlı arvadını qətlə yetirdi

Xırdalanda qadın əri tərəfindən qətlə yetirilib.

arrow Ətraflı
Müğənniyə ağır itki like
  • 08 Okt 09:24  
Şou-biznes Müğənniyə ağır itki

90-cı illərin sevilən müğənnisi Eda Özülküyə ağır itki üz verib.

arrow Ətraflı
Bakıda 7 yaşlı uşağı avtomobil vuraraq hər iki ayağını sındırıb like
  • 08 Okt 09:23  
Digərləri Bakıda 7 yaşlı uşağı avtomobil vuraraq hər iki ayağını sındırıb

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyy

arrow Ətraflı
Tibbi kadr çatışmazlığı: like
  • 08 Okt 09:18  
Dünya Tibbi kadr çatışmazlığı:

Latviya Dövlət Operativ Tibbi Komissiyası koronavirus səbəbiylə respublika

arrow Ətraflı
Xarici valyutaların manata qarşı məzənnələri like
  • 08 Okt 09:12  
Digərləri Xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 8 oktyabr tarixindən etibarən valyuta məzənnəl

arrow Ətraflı
Rusiyada saxta spirtli içkidən 14 nəfər ölüb like
  • 08 Okt 09:05  
Dünya Rusiyada saxta spirtli içkidən 14 nəfər ölüb

Rusiyanın Orenburq vilayətində 14 nəfər saxta spirtli içkidən zəhərlən

arrow Ətraflı
BMT İranSəudiyyə Ərəbistanı danışıqlarının davam etdirilməsinə kömək etməyə hazırdır like
  • 08 Okt 09:00  
Dünya BMT İranSəudiyyə Ərəbistanı danışıqlarının davam etdirilməsinə kömək etməyə hazırdır

İran və Səudiyyə Ərəbistanı arasındakı danışıqlar regional sabitlik

arrow Ətraflı
Göy kətəsi dadında asan hazırlanan möhtəşəm ləzzət like
  • 08 Okt 08:55  
Digərləri Göy kətəsi dadında asan hazırlanan möhtəşəm ləzzət

Son.az "Yemək fəlsəfəm" youtube kanalına istinadən oxucularına

arrow Ətraflı
Filippin sahillərində güclü zəlzələ olub like
  • 08 Okt 08:49  
Dünya Filippin sahillərində güclü zəlzələ olub

Filippinin Luson adası sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
"Reuters": Türkiyə ABŞdan 40 ədəd F16 qırıcısı almaq istəyir like
  • 08 Okt 08:40  
Dünya "Reuters": Türkiyə ABŞdan 40 ədəd F16 qırıcısı almaq istəyir

Türkiyə 40 ədəd F-16 qırıcı təyyarəsi almaq və Ankarada mövcud olan t

arrow Ətraflı