ABŞın sualtı atom qayığı naməlum obyektlə toqquşub


Dünya 08 Okt 2021 07:18:00 204 1

ABŞın sualtı atom qayığı naməlum obyektlə toqquşub

ABŞ-ın "Seawolf USS Connecticut" sualtı atom qayığı Hind-Sakit okeanı regionunun beynəlxalq sularında naməlum obyektlə toqquşub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir: "Seawolf USS Connecticut" (SSN 22) sürətli hücum sualtı qayığı oktyabrın 2-si günün ikinci yarısında suyun altında olduğu zaman naməlum obyektlə toqquşub".

Qeyd edilir ki, sualtı qayıq təhlükəsiz və stabil vəziyyətdədir, toqquşma nəticəsində heyət üzvləri arasında xəsarət alan olmayıb.