Nizami Gəncəvi Beynəlxalq Mərkəzi iki kitabın təqdimatını keçirib


Kriminal 05 Okt 2021 14:33:00 179 0

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi iki kitabın təqdimatını keçirib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin Cenevrə Ofisi ilə birgə keçirdiyi Ali səviyyəli toplantı çərcivəsində Nizami Gəncəvinin 880 illiyinə həsr etdiyi iki kitabın təqdimatını keçirib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Dr İsmail Seragəldin tərəfindən nəşr olunan "Nizami Ganjavi: The Poet and The Sage" və xanım Vaira Vike-Freiberga tərəfindən nəşr olunan "Nizami Ganjavi's Seven Beauties" kitabları BMT-nin Cenevrə ofisinin kitabxanasına təqdim olunub.

Toplantıda Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Lagumdzija, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Dr İsmail Seragəldin və BMT Cenevrə ofisinin baş direktorunun aparat rəhbəri David Chikvaidze, Azərbaycan Respublikasının BMT-nin Cenevrə Ofisi və digər beynəlxalq təşkilatlar üzrə nümayəndəsi Qalib İsrafilov və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov çıxış edib.