Polis arvadına 15 dəfə atəş açıbmış... Uşaqları da bölmədə olub


Kriminal 01 Okt 2021 07:00:00 225 0

Polis arvadına 15 dəfə atəş açıbmış...  Uşaqları da bölmədə olub

Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı ondan şikayət üçün 24-cü Polis Şöbəsinə gedən həyat yoldaşı Xanım Məmmədovanın orada olması barədə məlumat alıb. Daha sonra İsmayıl Məmmədov həmin şöbəyə gələrək arvadını xidməti silahı ilə güllələyərək öldürüb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, polis həyat yoldaşı Xanım Məmmədovanı qətlə yetirərkən azyaşlı övladları da yanında olub.

ATV telekanalında yayımlanan sujetdə azyaşlıların bölmədə olmasını təsdiqləyən görüntülər də yer alıb. 

Hadisə ilə bağlı "Xəzər Xəbər"də yayımlanan sujetdə isə bildirilib ki, İsmayıl həyat yoldaşı Xanıma 15 dəfə atəş açıb.

Qeyd edək ki, cütlüyün iki övlad var. Ailənin böyük uşağı bu ildən 1-ci sinfə gedir.