Marketə oğurluğa girdi, sahibi ilə qarşılaşdı


Kriminal 29 Sen 2021 12:36:00 200 0

Marketə oğurluğa girdi, sahibi ilə qarşılaşdı

Ucarda oğurluq edən Göyçay sakini saxlanılıb.

Son.az xəbər verir ki, gecə saat 3 radələrində pəncərədən dükana girən şəxs marketdə təmizlik aparaq obyekt sahibi ilə qarşılaşıb.

Bu zaman oğru ilə market sahibi əlbəyaxa olublar. Əlbəyaxa zamanı oğru vintaçanla market sahibinə zərər yetirərək hadisə yerindən qaçıb.

Sonradan məlum olub ki, marketə oğurluğa girən şəxs Yunis Quliyevdir. Polis tərəfindən saxlanılan şəxs törətdiyi əməli etiraf edib.

Tərəflərin əlbəyaxa davası İctimai TV-də yayımlanan "Qanundan kənar" verilişində yayımlanıb.

Həmin anın videosunu təqdim edirik.