İqtisadiyyat Nazirliyi bu işlərə görə məsuliyyət daşımayacaq


Digərləri 23 Sen 2021 15:54:00 114 0

İqtisadiyyat Nazirliyi bu işlərə görə məsuliyyət daşımayacaq

Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, fərmanla Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın 7.1.76-cı yarımbəndindən "İqtisadiyyat Nazirliyi," sözləri çıxarılır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılır.

Qeyd edək ki, "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın 7.1.76-cı yarımbəndi Abşeron yarımadasındakı göllərin ekoloji vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, o cümlədən, Böyükşor gölünün reabilitasiyasını nəzərdə tutur.

Bu işlərin icrası ilə məşğul olan qurumlar İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Azərsu" ASC nəzərdə tutulutdu.