Suvarma mövsümünə hazırlıq başlayıb


Digərləri 23 Sen 2021 14:54:00 192 0

Suvarma mövsümünə hazırlıq başlayıb

180 km uzunluğunda arx və kanallar lildən təmizlənir

Son.az Real TV-ə istinadən bildirir ki, Qazaxda növbəti suvarma mövsümünə hazırlıqla əlaqədar arx və kanallarda lildən və kol-kosdan təmizləmə işlərinə başlanılıb.

Bu günədək təmir işləri hesabına 300 min m3 həcmində 180 km uzunluğunda təsərrüfatlararası və təsərrüfat daxili arxlarda lildən və kol-kosdan təmizlənib. Qazax Suvarma Sistemləri İdarəsinin xitmət göstərdiyi 18321 hektar suvarılan pay torpaq və həyətyanı sahələrin suvarılması üçün lazımi şərait yaradlıb. Bu sahələrin 6513 hektarı mexaniki üsulla yəni nasos stansiyaları vasitəsilə, 11808 hektar isə öz axımı ilə açıq kanallar vasitəsilə suvarılır. Qazax rayonun inzibati ərazisində yerləşən 205 ədəd subartezian quyuları Qazax Suvarma Sistemləri İdarəsinin balansına verilib. Havaların quraq keçməsi ilə əlaqədar su anbarına kifayət qədər suyun toplanmayıb. Buna görə suvarmada yaranan problemlərin aradan qaldırılması məqsədilə alternativ vasitə olaraq yeraltı mənbələrdən istifadə edilir. Suvarma üçün 10 ədəd yeni subartezian quyusunun qazılması nəzərdə tutulub. Bunun sayəsində 200 hektar sahənin su təminatını yaxşılaşdırılacaq.

Qeyd edək ki, rayon ərazisində 34 ədəd subartezian quyularında istismar tədbirləri planına uyğun təmir işləri görülüb və bu işlər davam etdirilir.