Tryuk həyata keçirmək istədi, ayaqlarını itirdi


Digərləri 23 Sen 2021 14:24:00 101 0

Tryuk həyata keçirmək istədi, ayaqlarını itirdi

Rusiyanın Rostov şəhərindən olan kaskadyorun yeni tryuku kədərli nəticələrlə bitib. Belə ki, yeni fəndindən sonra onurğası qırılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, 30 yaşlı Yevgeniy Çebotarev özünün "Instagram" səhifəsində avtomobili ilə çayın üzərindən tullanmasının görüntülərini paylaşıb.

Tryuk nəticəsində onun onurğa sütununun doqquzuncu fəqərəsi  qırılıb. Onun ayaqları həssaslığını itirib.

Bu səbəbdən o, karyerasına son qoymaq məcburiyyətindədir.

Qarşıda onu uzunmüddətli bərpa kursu gözləyir.