Metroda relslərin üzərinə atılan velosiped partlayışla nəticələndi


Digərləri 23 Sen 2021 14:00:00 123 0

Metroda relslərin üzərinə atılan velosiped partlayışla nəticələndi

Naməlum şəxslərin metroda relslərin üzərinə velosiped atması qatar keçərkən partlayışla nəticələnib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Kvinsdəki (Nyu-York) "Steinway Street" stansiyasında baş verib. Qeyd olunur ki, partlayış nəticəsində xəsarət alan olmayıb, lakin metroda nasazlıq yaranıb, xəttin bütün qatarları müvəqqəti olaraq dayandırılıb.

Nyu-York Şəhər Polisi hadisənin araşdırıldığını bildirib.

Mili.Az