Tünzalənin kürək dekoltesi müzakirələrə səbəb olub


Şou-biznes 23 Sen 2021 13:48:00 140 0

Tünzalənin kürək dekoltesi müzakirələrə səbəb olub

Xalq artisti Tünzalə Ağayeva bu dəfə kürək dekolteli libası ilə gündəmə gəlib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, qara geyimlə obyektiv qarşısına keçən müğənni şəkillərini İnstaqram izləyiciləri ilə bölüşüb.

"Özünü bil, özünə dəyər ver, özündən nə istədiyini bil... Səni mükəmməl yaradana çox şükür et. Ətrafdan gözləmədən, ətrafını qınamadan, öz tənqidçin özün ol. Çünki necə düşünürsən, nə yeyirsən, necə rəftar edirsən, necə yaşayırsan, sən məhz osan... Hər şey sənsən... Hər şey səndədir" deyə, Ağayeva paylaşımına yazıb.

Sənətçinin fikirlərindən çox geyimi müzakirələrə səbəb olub.