Pakistanda sel fəlakəti yaşanıb


Dünya 23 Sen 2021 13:36:00 221 0

Pakistanda sel fəlakəti yaşanıb

Pakistanın Pəncab vilayətinə yağan leysan yağışları sel fəlakəti ilə nəticələnib, küçələr su altında qalıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, sel səbəbiylə nəqliyyatın hərəkətindən problemlər yaşanıb, vilayətin bir çox ərazisində elektrik enerjisi kəsilib.

Hazırda hökumət qurumları xüsusən təhlükəli ərazilərdə yaşayan insanların təxliyəsini həyata keçirir.