“Sülh üçün səylər davam etdirilməlidir” Kalınla Sallivan


Siyasət 23 Sen 2021 08:43:00 166 0

“Sülh üçün səylər davam etdirilməlidir”  Kalınla Sallivan

ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan və Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın arasında Ağ Evdə görüş keçirilib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr, koronavirus pandemiyası və qlobal iqlim dəyişiklikləri ilə yanaşı, Əfqanıstan, Suriya, İraq, Liviya, Kipr, Şərqi Aralıq dənizi, eləcə də, digər regional məsələlər müzakirə olunub.

Görüşdə Qafqazdakı son vəziyyət barədə danışılıb, regional sülh və sabitlik üçün çoxtərəfli səylərin davam etməsinin vacibliyi vurğulanıb.