Bu, AB üçün siyasi müharibə deməkdir


Dünya 22 Sen 2021 17:24:00 137 0

Bu, AB üçün siyasi müharibə deməkdir

Rusiyada Dövlət Dumasına seçkilərin real nəticələrinin Avropa Birliyi tərəfindən tanınmaması Moskva ilə Brüssel arasında siyasi müharibəyə şərait yarada bilər.

Son.az axar.az-a istinadən bildirir ki, bunu rusiyalı senator Aleksey Puşkov deyib.

"Rusiyadakı seçkinin nəticələrini tanımamaq AB üçün nə deməkdir? Belə olan halda onlar Rusiyada bütün qanunverici hakimiyyət nümayəndələri ilə əlaqəni dayandırmaq və ölkənin Avropa Şurasından çıxarılmasına tərəfdar olmaq məcburiyyətində qalacaqlar. Bu, siyasi müharibə və Rusiya ilə kontaktın praktik olaraq tam dayanması deməkdir. Belə inkişaf qeyri-realdır. AB tərəfindən fərqli bəyanatlar ola bilər, amma Qərb liderləri buna getməyəcəklər", - Puşkov bildirib.