Nadir not məcmuələri nəşr olunub


Digərləri 22 Sen 2021 14:24:00 121 0

Nadir not məcmuələri nəşr olunub

Ötən əsrə aid əsərlər yenidən müəllim və şagirdlərin istifadəsinə verilib

Son.az Real TV-yə istinadən bildirir ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxanın "Milli Musiqi xəzinəmizdən " adlı birgə layihəsi çərçivəsində son iki ildə nəşr olunmuş Azərbaycan bəstəkarlarının not məcmuələrinin təqdimat mərasimi keçirilib.

Təqdimat mərasiminin 18-24 sentyabr tarixlərində ənənəvi XII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının proqramına müvafiq olaraq həyata keçirilməsi nəzərdə tutulub.

Layihə çərçivəsində Milli Kitabxana görkəmli Azərbaycan bəstəkarlarının ötən əsr ərzində çap olunan və hazırda kitabxananın Arxiv Fonunda mühafizə olunan nadir not məcmuələrini yenidən nəşr edərək mütəxəsisslərin,musiqi və incəsənət məktəblərinin müəllimlərinin və şagirdlərinin istifadəsinə təqdim edir.

Kitabxana bu günədək həmin seriyadan görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov,Qara Qarayev,Fikrət Əmirov,Azər Rizayev və başqalarının fortopioano üçün not əsərlərini ayrı-ayrı məcmuələr şəklində nəşr edərək ictimaiyyətinə təqdim edib.