Ataoğul biznes vədi adı ilə 780 min manat mənimsədilər


Digərləri 22 Sen 2021 13:54:00 141 0

Ataoğul biznes vədi adı ilə 780 min manat mənimsədilər

Qusarda dələduzluq edən ata və oğulla bağlı Rayon Polis Şöbəsinə şikayət daxil olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Quxuroba kənd sakinləri Ayven Şahmuradov və atası Qayıbxan Şahmuradov ferma və bağçılıq biznesi qurmaq adı ilə Rusiya vətəndaşı Həmdulla Qədirovdan külli miqdarda pul alıblar.

Onlar 2017-2020-ci illərdə H.Qədirovun ümumilikdə 780 min manatını mənimsəyiblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.