Azərbaycanla Türkiyə arasında bu sahədə təcrübə mübadiləsi genişləndirilə bilər


Digərləri 22 Sen 2021 13:45:00 246 0

Azərbaycanla Türkiyə arasında bu sahədə təcrübə mübadiləsi genişləndirilə bilər

Azərbaycanla Türkiyə arasında hərbi xidmətə çağırış və səfərbərlik sahəsində təcrübə mübadiləsi genişləndirilə bilər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Son.az-a verilən məlumata görə, xidmət rəisi, general-polkovnik Arzu Rəhimov Türkiyə Milli Müdafiə Nazirliyinin Hərbi Çağırış Xidməti baş direktorunun müavini Mehmet Erdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, hərbi xidmətə çağırış və səfərbərlik sahəsində təcrübə mübadiləsinin daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.