Sabah HAVA necə olacaq? PROQNOZ


Digərləri 22 Sen 2021 12:43:00 119 0

Sabah HAVA necə olacaq?  PROQNOZ

Sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

ETSN-dən Son.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 24-26° isti, Bakıda gecə 20-22° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında: Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Səhər dağlarda duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.