Şahzadə Biatris ana olub


Şou-biznes 22 Sen 2021 11:12:00 106 0

Şahzadə Biatris ana olub

Kraliça II Yelizavetanın nəvəsi Biatris ilk dəfə ana olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə şahzadə öz Tvitter hesabında məlumat yayıb.

O bildirib ki, sentyabrın 18-də qızı dünyaya gəlib. Biatris körpənin adını gizli saxlasa da, çəkisinin 2,7 kiloqram olduğunu bildirib.

Qeyd edək ki, şahzadə ötən ilin avqustunda Eduardo Mapelli-Mozzi ilə ailə həyatı qurub.