Dünyanın ən yaşlı əkizləri “Ginnesin Rekordlar Kitabı”na düşüblər


Digərləri 22 Sen 2021 10:48:00 168 0

Dünyanın ən yaşlı əkizləri “Ginnesin Rekordlar Kitabı”na düşüblər

Yaponiyalı 107 yaşlı iki bacı dünyanın ən yaşlı əkizləri elan edilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Ginnesin Rekordlar Kitabı"nın saytında məlumat yayılıb.

Kome Kodama və Umeno Sumiyama 5 noyabr 1913-cü ildə Yaponiyanın Kaqava prefekturasındakı Sedo adasında anadan olublar. Onların ailəsində 13 uşaq böyüb. Bacılar kiçik yaşlarından ayrı yaşamağa başlayıblar. Eyni zamanda, bir-biri ilə əlaqə saxlayıblar.

Qadınlar iki dünya müharibəsinə şahidlik ediblər. Onlar bir-birlərini yalnız ailə üzvlərinin yas və toy mərasimlərində görüblər.