Boris Consonun 6 uşağı var imiş...
Digərləri 22 Sen 2021 10:36:00 248 0
Britaniyanın Baş naziri Boris Conson ilk dəfə övladlarının sayı ilə bağlı açıqlama verib.
Son.az oxu.az-a istinadən xəbər verir ki, jurnalistin onun altı uşaq atası olmasıyla bağlı sualına hökumət başçısı "Bəli" deyərək cavab verib.
Qeyd edək ki, xeyli müddətdir Britaniya KİV-də Consonun övladlarının sayı müzakirə mövzusuna çevrilib.
Hazırda Baş nazir Kerri Saymonsla evlidir və cütlüyün bir oğlu var.
Mənbə: milli.az