Rusiyada yaşayış evində yanğın olub, 3 nəfər ölüb


Dünya 22 Sen 2021 08:11:00 118 0

Rusiyada yaşayış evində yanğın olub, 3 nəfər ölüb

Rusiyanın Stavropol şəhərində 10 mərtəbəli yaşayış evində yanğın baş verib.

Trend-in məlumatına görə, bu barədə "İnterfaks"a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, yanğın nəticəsində 3 nəfər həlak olub, onların kimliyi müəyyən edilir.

Bildirilir ki, yanğın zamanı yaşayış evindən 20 nəfər təxliyə edilib.

Hazırda yanğın söndürülüb. Yanğının səbəbi barədə məlumat verilmir.