Ötən həftə dünyada koronavirusa 3,6 milyondan artıq insan yoluxub ÜST


Dünya 22 Sen 2021 07:55:00 183 0

Ötən həftə dünyada koronavirusa 3,6 milyondan artıq insan yoluxub  ÜST

Ötən həftə ərzində dünyada koronavirusa 3,6 milyondan artıq yoluxma, 60 minə yaxın isə ölüm halı qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 9 faiz, ölüm hallarının sayı isə 7 faiz azalıb:

"Sentyabrın 13-dən sentyabrın 19-dək koronavirusa 3 671 232 nəfər yoluxub, 59 839 nəfər isə koronavirusdan ölüb. Sentyabrın 19-u üçün dünyada koronavirusa yoluxma hallarının sayı 227 940 972, koronavirusdan ölüm hallarının sayı isə 4 682 899 nəfər təşkil edib".