Çin ilin sonuna qədər digər ölkələrə 2 milyard doza peyvənd göndərəcək


Dünya 22 Sen 2021 07:45:00 138 0

Çin ilin sonuna qədər digər ölkələrə 2 milyard doza peyvənd göndərəcək

Çin ilin sonuna qədər digər ölkələrə koronavirusa qarşı 2 milyard doza peyvənd göndərməyi planlaşdırır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin deyib.

S.Cinpin bildirib: "Çin bu ilin sonuna qədər dünyaya ümumilikdə 2 milyard doza COVID-19 peyvəndi vermək üçün bütün səyləri göstərəcək".

O qeyd edib ki, Çin bu il inkişafda olan ölkələrə 100 milyon doza peyvənd ayıracaq.