"Taliban" Əfqanıstanın BMT yanında yeni səfirini təyin edib


Dünya 22 Sen 2021 07:40:00 112 0

"Taliban" Əfqanıstanın BMT yanında yeni səfirini təyin edib

"Taliban" hərəkatının nümayəndələri Əfqanıstanın BMT yanında yeni səfirini təyin edib.

Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, sözügedən vəzifəyə Məhəmməd Sohail Şahin təyin edilib.

Həmçinin qeyd edilir ki, "Taliban" bu həftə Nyu-Yorkda BMT çərçivəsində dünya liderlərinə müraciət etmək istəyini də ifadə edib.