Meksikada avtobus bir neçə avtomobilə çırpılıb, ölənlər var


Dünya 22 Sen 2021 07:00:00 165 0

Meksikada avtobus bir neçə avtomobilə çırpılıb, ölənlər var

Meksikanın Halapa şəhərində (Verakrus ştatı) avtobus 5 avtomobilə çırpılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Fövqəladə Hallar üzrə Regional İdarənin "Twitter" səhifəsində deyilir.

Bildirilir ki, yol qəzası nəticəsində 2 nəfər həlak olub, 14 nəfər isə xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar, onların vəziyyəti barədə məlumat verilmir.

İlkin məlumata əsasən, qəzaya səbəb avtobusun əyləc sisteminin sıradan çıxması olub.