“Skoda” çip çatışmazlığına görə istehsalı dayandırır


Digərləri 21 Sen 2021 22:30:00 130 0

“Skoda” çip çatışmazlığına görə istehsalı dayandırır

Çexiyanın aparıcı avtomobil istehsalçısı - "Skoda" şirkəti sentyabrın 27-dən ölkədəki 3 zavodunda istehsalı dayandıracaq.

Son.az ted.az-a istinadən bildirir ki, fasilə bir həftə davam edəcək.

Buna səbəb elektron komponentlərin (çip) çatışmazlığıdır. Bu dövr ərzində 34 minə yaxın işçiyə mükafatlar da daxil olmaqla aylıq qazancın 85 %-i ödəniləcək.

Hazırda "Skoda" elektron komponentlərin çatışmazlığına görə "Volkswagen" konserninə daxil olduğu vaxtdan keçən 30 il ərzində ən çətin günlərini yaşayır.