O da "Fəryad 2"də çəkilir


Şou-biznes 21 Sen 2021 17:30:00 149 0

O da "Fəryad 2"də çəkilir

Xəbər verdiyimiz kimi, "Fəryad" filminin ikinci hissəsi çəkilir.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bir neçə ay əvvəl çəkilişləri başlayan ekran işində aktrisa Sevinc Əliyeva da rol alıb.

Bu haqda Sevinc sosial şəbəkədə paylaşım edib. O bildirib ki, filmin çəkilişlərinin bir hissəsi bitib, hazırda növbəti hissəyə başlanılıb.

Qeyd edək ki, Xalq artisti Vaqif Mustafayevin rejissorluq etdiyi "Fəryad 2"də Sevinclə yanaşı Hikmət Rəhimov, Taleh Yüzbəyov və başqaları çəkilir.