ABŞ, Avropa və Asiyada milyonlarla tamaşaçını Gülnarə Xəlilovanın kolleksiyaları heyran edib VİDEO


Digərləri 21 Sen 2021 17:14:00 94 0

ABŞ, Avropa və Asiyada milyonlarla tamaşaçını Gülnarə Xəlilovanın kolleksiyaları heyran edib  VİDEO

IDFW-in Azərbaycandakı nümayəndəsi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dizayner Gülnarə Xəlilova bildirib ki, oktyabrın 2-də üçüncü Beynəlxalq Rəqəmsal Moda Həftəsi (International Digital Fashion Week, Los-Anceles, ABŞ) yaz/yay 2022 başlayır.

Ənənəvi olaraq, kolleksiyalar FNL Network dəbli həyat tərzi haqqında dünyanın 1 nömrəli kanalı ilə dünyanın bir çox ölkələrində təqdim ediləcək və daha sonra altı ay ərzində IDFW platformasında nümayiş olunacaq. FNL Network Baş direktor və təsisçisi - Rokko Leo Qaqliotti.

Xatırladaq ki, Gülnarə Xəlilovanın öncə iki dəfə keçirilən IDFW layihə çərçivəsində "Qarabağ" və "Cizgi by Gulnara Khalilova" kolleksiyaları ABŞ, Avropa və Asiyanın çoxmilyonlu auditoriyaya təqdim edilib,  həmkarların və tamaşaçıların böyuk rəğbətini qazanıb, heyran edib.

Gülnarə Xəlilova: "IDFW Amerika, Avropa və Asiyanın moda dünyasını birləşdirən bir platformadır. Layihədə dünyanın məşhur dizaynerləri iştirak edir, dünya markalarının kolleksiyaları təqdim olunur və gənc modelyerlər üçün müsabiqə keçirilir.

2020 -ci ildə IDFW -də 75 ölkənin nümayəndəsi iştirak etdi, kolleksiyaları 75 milyondan çox tamaşaçı izlədi. 2021 -ci ilin əvvəlində keçirilən IDFW - 135 ölkədən nümayəndələr və 100 milyondan çox tamaşaçı. Bu layihənin çox yüksək dərəcəli və səviyyəsi göstəricisidir! Bu mötəbər dünya layihəsində Azərbaycanı təmsil etmək mənim üçün böyük şərəf idi və ölkəmi dünya platformalarında tanıtmağa çalışacağam".

Xatırladaq ki, Gülnarə Xəlilovanın kolleksiyaları moda həftələrində və beynəlxalq tədbirlərdə ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan və digər ölkələrdə uğurla nümayiş etdirilib.

"Qarabağ" kolleksiyası https://www.youtube.com/watch?v=XKH0pXCymAE

"Cizgi by Gulnara Khalilova" kolleksiyası https://www.youtube.com/watch?v=xQ1yKpP8J_E