Aktrisa keçmiş əri ilə görüntüləndi


Şou-biznes 21 Sen 2021 16:12:00 110 0

Aktrisa keçmiş əri ilə görüntüləndi

Aktrisa Ahu Yağtu ötən gün həmkarı Hande Subaşının keçmiş həyat yoldaşı Can Tursanla görüntülənib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, cütlük Nişantaşında klinikaların birindən çıxarkən paparatsilərin obyektivinə tuş gəlib. Tərəflər münasibətləri ilə bağlı sualı cavabsız qoyub.

Qeyd edək ki, bundan əvvəl "Kardeşlerim" serialında rol alan aktrisa Ahunun tərəf müqabili Celil Nalçakanla eşq yaşadığı iddia edilirdi.

Aktrisa Hande isə hazırda "Baht oyunu" serialında rol alır.