Bakının məşhur məktəbində tədrislə bağlı


Digərləri 21 Sen 2021 13:03:00 106 0

Bakının məşhur məktəbində tədrislə bağlı

Məktəblərdə siniflərin növbələri müəyyənləşdirilərkən Pedaqoji şura tərəfindən məktəbin iş rejimi, şəraiti və sinif otaqlarının sayı nəzərə alınıraraq qərar verilir.

Son.az bildirir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar yoluxma hallarının qarşısının alınması, sıxlığın yaranmaması məqsədilə 20 nömrəli məktəb-liseydə də tədrisin ikinövbəli şəkildə həyata keçirilməsi barədə qərar verilib.

Mövcud sıxlığın qarşısını almaq və tədrisin normal təşkili məqsədilə ikinövbəli sistem zərurətdən irəli gələn seçimdir və ənənəvi olaraq dünya praktikasında da tətbiq edilir.

Xüsusilə indiki pandemiya şəraitində bu, ilk növbədə şagirdlərin sağlamlığı və pedaqoji kollektivin müvafiq qaydalara daha dolğun əməl etməsinə şərait yaratmaq məqsədlərinə xidmət edir.