Xədicəyə yüksək vəzifə verildi


Dünya 21 Sen 2021 13:12:00 128 0

Xədicəyə yüksək vəzifə verildi

Cənubi Afrikadan olan bir müsəlman xanım jurnalist dünyanın ən stajlı media müşahidəçisi olan Beynəlxalq Mətbuat İnstitutunun(BMİ) 35-ci sədri seçilib. 

Son.az moderator.az-a istinadla xəbər verir ki, Asiya əsilli jurnalist Xədicə Patel nüfuzlu təşkilata rəhbərlik edən ilk qadın və ilk müsəlman olub.

Təyinat mərasimi zamanı Xədicə bu vəzifəni almaqdan şərəf duyduğunu söyləyib. 

"BMI hazırkı gözəçarpan sarsıntılar dövründə media sənayesinin müxtəlifliyini bir araya gətirmək üçün ən uyğun olan dəyərli bir qurumdur" -deyə  X.Patel bildirib.

Bu müsəlman media mənsubu Cənubi Afrikanın məşhur "Mail & Guardian" nəşrinin baş redaktoru olub və hazırda Cənubi Afrika Beynəlxalq Media Vəqfinin proqram meneceri kimi gənc jurnalistləri dəstəkləyir. 

Vaxtilə ABŞ -ın keçmiş prezidenti Barak Obamanın "qorxmaz jurnalist" kimi xarakterizə etdiyi Xədicə Patel Cənubi Afrikanın "Daily Maverick" və "City Press" xəbər agentliklərində, həmçinin "Sky News", "BBC News", "Quartz", "Al Jazeera" və "The Guardian" kimi populyar media qurumlarında da jurnalist kimi çalışıb.